
Ən çox verilən suallar
Serverə necə daxil ola bilərəm?
Asetto Corsa originalı Steam və digər oyun platformalarından ala bilərsiz. İkinci olaraq google chromeda Content Manager axdaraq yükləməyiniz vacibdir. Bundan sonra isə 3dqaraj.az saytına daxil olaraq avtomobil modlarını və xəritə modlarını yükləyin. Əlavə olaraq Discord kanalımızdan teleport nöqtələrini (comfy map), gamepad ilə oynayacaqsızsa kamera modu (kirby cam), və dönməyinizi asanlașdıracaq A7 Asisst modunu və digərlərini (Grafik paketləri və s.) yükləyərək rahatlıqla serverimizə giriș edə bilərsiz.
CSP (Custom Shader Pack) yazılan bəzi xətalar alıram nə etməliyəm?
Bu xətanı aldığınız zaman CSP (Custom Shader Pack) versiyalarını yoxlamağınız (Təmiz qurulum edərək) lazımdır. Bəzən bu ișə yaraya bilər. Əgər yenə bu xəta ilə qarşılaşırsınızsa sırası ilə grafik paketinizi (SOL, Pure və s.) Asetto Corsanın fayllarından silib yenidən yoxlamalısınız. Sonrasında isə Xəritəni və Oyuna Əlavə edilən mașınları yenidən Content managere ataraq yoxlamalısınız və yaxud faylların içinə lazımı yerlərə (cars, tracks) ata bilərsiz.
Grafikam daha yaxșı olsun istəyirəm nə etməliyəm?
Bu sizin seçiminizdir. Bəziləri SOL grafik paketini, bəziləri isə PURE grafik paketini sevir. Youtube-da biraz arașdıraraq necə qurulduğunu öyrənə bilərsiz. PURE grafik paketi üçün ekran kartınızın yeni nəsil olmağı tövsiyyə olunur. Köhnə nəsil ekran kartları üçün SOL grafik paketi daha uyğundur.Köhnə nəsil ekran kartınız varsa və PURE yükləmisinizsə FPS-niz așağı ola bilər
Checksum və yaxud High Ping xətası (Qırmızı ekran) alıram nə etməliyəm?
Xəritənizi yenidən yükləyin və oyuna başladığınız avtomobil modunu (Checksum alarkən) və internet sürətinizi yoxlayın. 500ms üzərində pinginiz varsa oyundan avtomatik olaraq atılırsınız. İnternet modeminizi söndürüb yandırıb yenidən giriș etməyi yoxlamağınız tövsiyyə olunur.
Navigation Failed xətası alıram nə etməliyəm?
İlk olaraq Steam-dən Asetto corsaya sağ klik edərək özəlliklərdən yüklü dosyalar bölümünə keçid edərək Oyun dosyalarının bütünlüğünü doğrula-nı klikləyin. Bu biraz vaxt ala bilər axıra qədər gözləyin. Əgər hələdə bu xəta ilə qarșılarsınızsa content managerinizi sıfırlamanı lazımdır. Bunun üçün
C:\Users\(Username) \AppData\Local\AcTools Content Manager içindəki faylları silməlisiniz.
Bundan sonra xəta düzəlməzsə təəssüf ki, Oyununuzu yenidən qurașdırmalısınız.
Suallarım var, bașqa fərqli xətalar alıram nə etməliyəm?
Bașa düșmədiyiniz yer olarsa və yaxud fərqli bir xəta ilə qarșılarsınızsa Discordda aktiv olan hər hansısa MODERATORLADAN birindən Səsli dəstək kanalında yardım ala bilərsiz. Əgər gec saatlarda və yaxud Admin və Modları aktiv olaraq görmürsünüzsə Dəstək Çat bölümündə xətanızı izah edə yada ekranınızı screen edərək paylașıb cavab verilməsini gözləməlisiniz. Xəta almadığınız vaxtlarda və yaxud sadəcə söhbət etmək üçün Adminləri və Modları narahat etməməyiniz xahiș olunur. Əks halda serverdən atıla bilərsiniz. Bu șəxslər sizə kömək etməyə çalıșacaqdır. Bundan əmin ola bilərsiz.
Qaydalar hissəsindən bəzi vacib qaydalar ilə tanıș ola bilərsiniz.
Hərkəsə Xoș oyunlar
